ABŞ İranla imzaladığı nüvə razılaşmasına geri dönmədən tərəflər arasında danışıqların yenilənməsi mümkün deyil.

Bakıxəbər.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran prezidentinin müşaviri Həmid Əbutalib yazıb.

“İranın haqlarına hörmət etmək, düşmənçiliyin yox edilməsi, nüvə razılaşmasının icrasına qayıdış ilkin şərtlərdir. Bu addımlardan sonra ABŞ-la İran arasında danışıqlar davam etdirilə bilər”, – o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp İrana qarşı heç bir ilkin şərt irəli sürmədən Ruhani ilə görüşə biləcəyini açıqlayıb.