29 may günü münasibətilə sosial mediada və sosial şəbəkələrdə 1918-ci ildə İrəvan şəhərinin Milli Şura tərəfindən ermənilərə verilməsi ilə bağlı qızğın mübahisələr getdi: “İrəvan ermənilərə güzəştə gedilməli idimi?” Maraqlıdır ki, İrəvanın o vaxt ermənilərə güzəştə gedilməsini “tarixi zərurətlə” əsaslandırmağa, çalışanlar, “İrəvan verilməməli idi” deyənlərin Cümhuriyyətə ləkə yaxmaq istədiyini deyənlər arasında “Qərbi Azərbaycan Respublikası”nın Dilavər Əzimli, Faiq Ələkbərli və b. kimi fəalları və tərəfdarları da az deyildi. Hətta ölkə prezidentini tarixi yaxşı bilməməkdə qınayırdılar. Lakin prezidentin Tərtərdəki çıxışından sonra “qurumun” sədri Q.Çaxmaqlı bu gün AzVision.az saytına müsahibəsində deyir ki: “Azərbaycan prezidenti doğru olaraq vurğulayır ki, 1918-ci ildə İrəvan və onun ətrafında olan ərazilər Ermənistana ədalətsiz şəkildə verildi”.

İndi kim düz deyir: Qafar Çaxmaqlı, yoxsa “komanda” yoldaşları Dilavər Əzimli, Faiq Ələkbərli?