Beynəlxalq Polis Təşkilatı (İnterpol) turizm sezonu boyunca səfər yoxlanışları və potensial terrorçuların müəyyən edilməsində yerli icra orqanlarına yardım etmək üçün Aralıq dənizinin 8 limanına əməkdaşlar göndərib.

Bakıxəbər.az xəbər verir ki, “Neptun” adını alan əməliyyat Dünya Gömrük Təşkilatı və AB Sərhəd mühafizəsi agentliyinin dəstəyi ilə aparılır.

Əməliyyatda Əlcəzair, Fransa, İspaniya, İtaliya, Tunis və Mərakeş kimi ölkələr yer alır.