İndoneziyanın paytaxtı Cakartanın hava limanından havaya qalxan sərnişin təyyarəsi ilə rabitə kəsilib.
Bakıxəbər.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, təyyarə “Sriwijaya Air”ə məxsusdur.
Məlumata görə, təyyarə Cakarta-Pontianak reysini həyata keçirirmiş. “Boeing 737-500” təyyarəsinin göyərtəsində 50-dən çox sərnişin var.
İndoneziyanın Nəqliyyat Nazirliyi təyyarə ilə əlaqə kəsiləndən sonra axtarış-xilasetmə işləri başlandığını bildirib.
Şölə Beyləqanlı