İndoneziyanın Lombok adasında 6,8 bal gücündə zəlzələ baş verib.

Bakıxəbər.az xəbər verir ki, zəlzələnin ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələ nəticəsində ölənlərin sayı 142 nəfərə çatıb.Səhər açıldıqdan sonra zəlzələnin vurduğu ziyan hər kəsi şoka salıb.

Minlərlə bina dağılıb, bir o qədər də binaya ziyan dəyib.

Ölkənin turizm cənnəti hesab olunan Bali adasında da çoxlu sayda dağılmış binalar var. Buradakı turistlər artıq ölkələrinə dönür.