İndoneziya Prezidenti Coko Vidodo profil qurumların 280 nəfərdən çox insanın ölümünə səbəb olan sunami təhlükəsi barədə əvvəlcədən xəbərdarlıq etmək imkanın olmadığını etiraf edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Yava adasındakı Banten əyalətində təbii fəlakətin daha çox təsir etdiyi Pandeqlanq bölgəsinə səfər etdikdən sonra bildirib.

Onun sözlərinə görə, sunamisi qeyri-müəyyən xarakterli olduğundan müxtəlif məsul qurumlar əvvəlcədən xəbərdarlıq edə bilməzdilər.

Qeyd edək ki, Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyinin rəsmi nümayəndəsi Sutopo Nuqroho daha əvvəl fəlakət qurbanlarının sayının 281-ə çatdığını, 1000-dən çox insanın xəsarət aldığını bildirib.