İmişli rayonunda yaralananların şəxsiyyəti məlum olub.

Bakıxəbər.az-ın məlumatına görə, rayonun Şahverdilər kəndində “QAZ-24” markalı avtomobillə yük maşınının toqquşması nəticəsində yaralananların şəxsiyyəti müəyyənləşib.

Bunlar İmişli rayon sakinləri – 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğludur.

Faktla bağlı araşdırma aparılır.

Şövkət Hüseyinova