AzTimes.az saytı  xəbər verir ki, İmişli rayonunda  Azərbaycan bayrağına məsulyətsizlik  və hörmətsizlik hökm sürür. Belə ki,Bayraq  meydanında yüksələn Azərbaycan bayrağı bərbad haldadır.   Məsələ ilə bağlı xəbər respublikaxeberleri.com saytında yayılıb.

Dövlət atributlarımızdan ən ümdəsi  olan üçrəngli Azərbaycan bayrağına hörmətsizlik edən İmişli rayon İcra başcısı kimə və nəyə güvənir..?

Nəzərinizə çatdıraq ki,Vilyam  Hacıyev  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən böyük diqqətə layiq görülmüş icra başçıları sırasındadır. O, yaxın keçmişdə birinci dərəcəli ” Vətənə xidmətə görə”  ordeni ilə təltif olunmuşdur.Vətənə xidmətə görə ordeni, 1-ci dərəcəsi-2013.jpgİndi bu  addımı ilə  prezidentin ona etibar etdiyi rayonun mərkəzində dalğalanan bayrağa  bu cür hörmətsizliyi necə başa düşək?!

Bayraq hər bir Azərbaycan vətandaşının  and yeridir. Neçə-neçə şəhidin büründüyü kəfəndir bayraq. O baraq uğrunda neçə igidin qanı axıb.İmişlidə baş alıb gedən zibillikləri başa düşdük. Redaksiyamıza dəfələrlə göndərilən məmur özbaşnalığı ilə əlaqədar şikayətləri də. Bəs bayrağın vəziyyətinə nə ad verək???

İmişli rayonunda İcra başcısı Bayrağımıza hörmətsizlik etdi

Pərvin Abışova /AzTimes.az/