Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

Bakıxər.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.

Bakı Şəhər İH-dən verilən məlumata görə, E.Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, E.Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, hələlik Bakı şəhər İH başçısı vəzifəsinə təyinat yoxdur.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***
İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin yaranmasının 20 illiyi münasibətilə, mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə və vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin aşağıdakı işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əhmədov Qəzənfər Rövşən oğlu

“Vətən uğrunda” medalı ilə

İsmayılov İdris Şahin oğlu

“İgidliyə görə” medalı ilə

Aslanov Həzi Əşir oğlu

Məmmədov Musa Nüsrət oğlu

“Tərəqqi” medalı ilə

Allahverdiyev Mayıs Yusif oğlu

Babayev Habil İsmayıl oğlu

Cəfərov Ehtiram Rəşid oğlu

Cəlalov Musa Seyidəli oğlu

Əzizov Ramil Arif oğlu

Gidayev Pərviz İsa oğlu

Həsənov Alı Kamal oğlu

Həsənov İlyas İbrahim oğlu

Hüseynov Azər Fehruz oğlu

İsayev Raqif Deputat oğlu

Sadıxov Etibar Tofiq oğlu

Mansırov Hətəm Mansır oğlu

Məmmədov Asəf Cəmil oğlu

Səfərov Sabir Xıdır oğlu

Tağıyev Əli Məzahir oğlu

Talıbov Eldar Cəfər oğlu.