Mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi olub.

Bakıxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına kompleks barədə məlumat verib.

Prezident İlham Əliyev kompleksi işə salıb və limanın ərazisini gəzib.

Dövlətimizin başçısı kollektivin üzvləri və inşaatçılar ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.