İlham Əliyev Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bakıxəbər.az xəbər verir ki, Prezident İlham Əliyevin təltif etdiyi kino xadimləri arasında kifayət qədər tanınmış simalar da var.

Balayev Rasim Əhməd oğlu və Mustafayev Vaqif Behbud oğlu “Şərəf” ordeni ilə və Əzizbəyli Ramiz Hacı Ağa oğlu “Şöhrət” ordeni ilə, Quliyev Cəmil Elşad oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.