Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bakıxəbər.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anna Netrebkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Anna Yuryevna Netrebko “Dostluq” ordeni ilə təltif edilib.