Xəzər dənizində iki gün əvvəl batan 32 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Rəsulzadə Müsavat Partiyasının üzvü Laləzar Məmmədlinin oğludur.