Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədilə şuraya üzvlərin seçilməsi üçün aprelin 17-də keçirilməsi nəzərdə tutulan birgə yığıncağın vaxtı qeyri-müəyyən müddətə təxirə salınıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, buna səbəb Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.

Qeyd olunub ki, birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.