Azərbaycanda ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında bildirilib.

Qərara əsasən, müştərilərə yerində xidmət vaxtı saat 12:00-15:00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılıb.

Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin ediləcək.

Qeyd edək ki, Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.