“ İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin Siyəzən və Şabran rayonunda həyata keçirdiyi ““Pandemiyasız Azərbaycan, hədəf bu” devizi altında maarifləndirici tədbirlər” adlı layihəsi davam edir.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Birliyin rəhbəri Şaban Nəsirovun

Cebhe.info-ya verdiyi məlumata görə, layihə çərçivəsində Siyəzən və Şabran rayonlarında aztəminatlı ailələrə ərzaq yardımı paylanıb. Onun sözlərinə görə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq aztəminatlı ailələrin siyahısı hazırlanıb, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına göndərilib.

Siyahılar təsdiq olunduqdan sonra yardım qutularnın hazırlanmasına və poçt vasitəsi ilə aztəminatlı ailələrə çatdırılmasına başlanıb. İlkin olaraq 30 qutu hazırlanıb poçt işçilərinə təhvil verilib. Şaban Nəsirov onu da xüsusi olaraq qeyd edib ki, Siyəzən Rayon Mərkəzi Poçt şöbəsi ərzaqların çatdırılması xidmətini təmannasız olaraq öz üzərinə götürüb. O, buna görə şöbənin rəhbəri Akif Əliyevə xüsusi təşəkkürünü bildirib.