Abşeron rayonu ərazisində fəaliyyət göstərən məktəblərdə şagirdlərə içərisində Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın fotoları olan məktəbli kitabçası paylanılıb.

Bu barədə Demokrat.Az-a övladı Abşeron rayonu ərazisindəki məktəblərdən birində təhsil alan şagirdin valideyni tərəfindən məlumat verilib.

Eyni zamanda sözügedən məktəbli kitabçasının fotoları da redaksiyamıza göndərilib. Fotolardan da aydın olur ki, məktəbli kitabçasının içərisinə vurulan fotolar icra başçısı İradə Gülməmmədovanın Novruz şənlikliklərindən birində iştirakı zamanı çəkilib.

Məlumatda qeyd olunur ki, bu cür gündəliklər rayonun digər məktəblərində də şagirdlərə verilib.

Fotoları təqdim edirik: