Hindistanın cənubundakı Karnataka əyalətinin paytaxtı Bangaloredə ixtişaş baş verib.

“Report”un “TASS”a istinadən verdiyi məlumata görə, ən azı iki nəfər ölüb və bir neçə nəfər yaralanıb.

Yerli nəşr olan  “The Times of İndia” bildirir ki, hadisəyə səbəb sosial şəbəkələrdə yerli siyasətçilərdən birinin qohumları tərəfindən müsəlmanların dini etiqadına təhqir hesab olunan paylaşım etməsi olub.

Aksiya iştirakçıları siyasətçinin həbsini tələb edib və polislə qarşıdurma baş verib.