Hindistan və Pakistanın hərbi əməliyyat idarələri rəhbərləri çərşənbə axşamı telefon danışıqları aparıblar və mübahisəli Kəşmir zonasında atəşkəsin əldə olunması üçün tədbirlər görmək barədə razılığa gəliblər.

Bakıxəbər.az-ın xəbərinə görə, bu barədə Hindistan quru qoşunları komandanlığının çərşənbə axşamı yayılan bəyanatında deyilir.

Qeyd olunur ki, danışıqlar fövqəladə rabitə xətti ilə həyata keçirilib və onun təşəbbüskarı Pakistan tərəfi olub.

Ndtv telekanalının məlumatına görə, danışıqlarda Hindistanın hərbi əməliyyatlar idarəsinin rəhbəri general-leytenant Anil Çouxan və onun pakistanlı həmkarı general-mayor Şahir Şamşad Mirzə iştirak edib.

“Hər iki zabit 2003-cü ildə əldə olunnuş atəşkəs müqaviləsinin yazı və ruhuna uyğun olaraq atəşin dayandırılması, həmçinin gələcəkdə tərəflərin atəşkəsi pozmaması üçün tədbirlər görülməsi barədə razılıq əldə ediblər”, – deyə telekanal komandanların bəyanatını sitat gətirib.