Hindistanın Cosmos Bankı güclü haker hücumuna məruz qalıb. Cinayətkarlar bank kartlarını klonlaşdırmaq metodu ilə çoxlu sayda tranzaksiya həyata keçirə biliblər. Ümumi hesabla bank və onun müştəriləri 13 milyon ABŞ dolları itirib.

Bakıxəbər.az xarici mətbuata istinadən xəbər verir ki, hücum 2 mərhələli olub. Birinci hücum dalğası 11 avqust tarixində yerli vaxtla saat 15.00-da başlayıb və 22.00-da tamamlanıb. Bu mərhələdə 28 ölkə ərazisində yerli bankomatlardan cinayətkarlar tərəfindən pullar nəğdləşdirilib.  Hindustan Times yazır ki, 7 saat ərzində 15 000 tranzaksiya həyata keçirilib.

İkinci mərhələdə, 13 avqust 2018-ci il tarixində cinayətkarlar (ingilis dilində Society for Worldwide Interbank Financial Telecommunication –Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistem olan SWIFT vasitəsilə Honq Konq banklarında olan hesaba 2 milyon ABŞ dolları köçürüblər.