Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov yeni təyinatı münasibətilə Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur.

Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. Ulu Öndərin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib.
Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın sevimli, unudulmaz övladı… Bu ifadələrin hamısı yalnız ona aiddir, yalnız onun ünvanınadır. Çünki o, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi.
Hikmət Şikarov daha sonra Şəhidlər Xiyabanını ziyarət edib və şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edib.