Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevi doğum günü münasibətilə tvitterdə paylaşım edib.

Bakıxəbər.az xəbər verir ki, paylaşımda deyilir:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad günüdür. Güclü Azərbaycan dövlətinin qurucusu olan Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyaraq və müharibədə zəfərimizi təmin edərək tariximizin Qəhraman Dövlət Başçısı səlnaməsinin müəllifidir”.

Şövkət Hüseyinova