“Toplanmış materiallar həm prokurorluq, həm də XİN xəttilə aidiyyatı beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq ki, biz beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq”.

Bakıxəbər.az xəbər verir ki, bunu Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycanın ikinci böyük şəhərinə gedən Prezidentin köməkçisi Hikmət Hacıyev söyləyib.

“Beynəlxalq ictimaiyyəti baş vermiş bu hadisələrə adekvat cavab verməyə çağırırıq”, – o əlavə edib.

Şövkət Hüseyinova