Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsinin 50-ci ildönümünün qeyd olunması münasibəti ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi icra etdiyi “Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi” layihəsini yekunlaşdırıb. 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin yekun tədbiri 27 iyun 2019-cu il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Təqdimat mərasimində dövlət qurumlarının rəsmi nümayəndələri, ictimai xadimlər, QHT rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir “Heydər Əliyev və Qarabağ” sənədli filminin nümayişi ilə davam edib. Filmdə ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələnə qədər və bundan sonrakı dövrlər müqayisə olunur, 14 iyul 1969-cu il tarixinin Qarabağda yaşayan azərbaycanlıların həyatında oynadığı roldan, Heydər Əliyev dühasının müstəqil Azərbaycanın qurulmasında əhəmiyyətindən bəhs olunur. Qeyd edək ki, layihənin rəhbəri “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri Büllur Məmmədova, “Heydər Əliyev və Qarabağ” sənədli filminin ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.
Sənədli filmə baxışdan sonra tədbir müzakirələrlə davam etdi. Tədbir iştirakçıları 14 iyul 1969-cu ilə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan insanların durumunu təsvir edərək onların qarşılaşdığı problemləri xatırladılar. Vurğulandı ki, 14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişi ilə beyinlərdəki təsəvvürləri dəyişdi: insanlar Heydər Əliyevə inandı və onu özlərinə arxa-dayaq kimi qəbul etdilər. Heydər Əliyevin fəaliyyəti nəticəsində insanların şüurunda “Vətən” obrazı daha konkret sərhədlər aldı, mənəvi dəyərlərlə zənginləşdi. Tədbirdə o da xüsusilə qeyd edildi ki, 14 iyul 1969-cu ildə insanlar Yeni Azərbaycanda dünyaya göz açdılar. O Azərbaycanın müəllifi Heydər Əliyevdir. 14 iyul – Yeni Azərbaycanın doğulduğu gündür.Təqdimat mərasimi müzakirələrlə davam etdi.
“Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi layihəsi yekunlaşıb - FOTO“Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi layihəsi yekunlaşıb - FOTO“Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi layihəsi yekunlaşıb - FOTO“Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi layihəsi yekunlaşıb - FOTO“Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi layihəsi yekunlaşıb - FOTO“Heydər Əliyev və Qarabağ” sənədli filminin çəkilməsi layihəsi yekunlaşıb - FOTO