Əbəs yerə məqaləmi bu ifadələrlə başlamadım.Mətbuatı izləyən hər bir
Azərbaycan vətəndaşı kimi böyük qürur hissi ilə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin,Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və
qızları Leyla Əliyevanın fevralın 14-də Füzuli,Zəngilan,Laçın və Cəbrayıl
rayonlarına səfər etdikləri haqqında məlumatla tanış oldum.
Bərpa-quruculuq işlərinə start verən Ali Baş Komandanın sözünə həmişəki kimi
sadiq qalaraq şəxsən təməlqoyma mərasimlərində iştirakı bir daha düşmənə
gözdağı verdi. Bu yerlərin əsl sahiblərinin kim olduğunu onlara dəfələrlə anladan
Ali Baş Komandan əməli ilə bir daha bizi qürurlandırdı.
“Yol həyatdır”-deyib ata-babalarımız.Bu yerlərə yeni nəfəs bəxş etmək üçün məhz
infrastrukturun yenidən qurulmasını ön plana çəkən Ali Baş Komandan Horadiz-
Ağbənd dəmiryolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna
gəldi.Diqqətinizi bu dəmir yolunun strateji əhəmiyyətinin olduqca böyüklüyünə
cəlb eləmək istəyirəm.Uzunluğu 100 km olan bu dəmir yolu xəttinin köməyi ilə
işğaldan azad olunmuş ərazilərimizə gediş – gəlişin təminatı bərpa olunmaqla
yanaşı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında
birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına mühüm zəmanət verəcək.
Daha sonra cənab Prezident ,xanımı və qızları Zəngilan rayonunun Üçüncü Ağalı
kəndinə səfər etdilər.Zəngilana gedərkən yolboyu avtomobili özü idarə edən
cənab Prezident bir daha dünyanın diqqətini erməni barbarlığına yönəldərək
Zəngilanı nə günə qoyduqlarını görmək istəməyənlərə və ya görməzdən gələnlərə
faktlarla sübut edirdi. Bununla yanaşı hamımızın ürəyindən xəəbər verərək bütün
şəhərlərin baş planının hazırlandığını və tezliklə bərpa işlərinə start
veriləcəyini,azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini ,bir sözlə
bu yerlərin əsl sahiblərinin kim olduğunu bir daha əməldə dünyaya bəyan edirdi.
Qartallar oylağı Laçının da həsrətinə son qoyuldu. İllərlə gözü əsl sahiblərini
arayan dağ vüqarlı Laçının başı üzərində sanki şəhidlərin ruhu pərvaz edərək başı
qarlı dağları müjdələyirdilər.Sanki təbiət də sərtliyini həmin gün
mülayimləşdirmişdi. Axı artıq açılan səhərlər gələcəyə yeni ümidlər oyadırdı.Bu
ümidləri isə Laçına Ali Baş Komandan aparırdı.Ali Baş Komandanın ,Mehriban
xanımın və qızlarının Laçın rayonuna səfəri sanki yatmış ,süstəlmiş,yorulmuş
təbiətə ,torpağa yeni həyat gətirdi.Şuşadan sonra Laçının ermənilər üçün nə qədər

strateji əhəmiyyətə malik olduğunu hamımız çox yaxşı bilirik.Bu səfər isə
ermənilərin belini bir daha qırdı,necə deyərlər odu söndürüb külü ilə oynayanlar
öz dərsini götürdülər.
Yol boyu Qubadlı rayonunun işğaldan azad edilən kəndləri,xüsusilə şiddətli
döyüşlərin getdiyi Xəndək kəndi göz önündə canlanırdı.Ali Baş Komandanın da
dediyi kimi ermənilərin orada yaşadıqları evlər it damını xatırladırdı.Mən əvvəlki
məqalələrimdə də qeyd eləmişdim ki,insan özününkü hesab etdiyini bu günə
qoyarmı?! Əlbəttə ki,onlar gec-tez it kimi qovulacaqlarını bilirdilər.Qubadlı
rayonunun Muradxanlı kəndində ,Həkəri kəndində erməni faşizminin törətdiyi
əməllər bunu bir daha təsdiqləyir.Ali Baş Komandan bütün dünyaya bunları
göstərərək erməni faktorunu ortaya faktlarla qoyurdu və bu yol boyu davam
edirdi. Çünki bu 30 il ərzində erməni azğınlığının həddi-hüdudu olmamışdır.
Ali Baş Komandan hamımızı fəxarətləndirərək şanlı ordumuzun Laçın rayonuna
keçdiyi yolu göstərib bildirdi ki, bu yolla Laçın rayonunun bir neçə kəndi
düşməndən azad edilmişdir.O günlər bir daha göz önündə canlandı.Laçın
rayonunun cənub tərəfindən müzəffər Azərbaycan Ordusu əks –hücuma keçərək
işğaldan azad etdiyi kəndlərin içərisində Güləbird kəndi də var idi.Şimal hissəsini
isə ermənilərə diz çökdürərək kapitulyasiyadan dərhal sonra geri aldıq.O şanlı
günlər qızıl hərflərlə yazılaraq tarix oldu.Artıq Güləbird kəndində quruculuq-bərpa
işlərinin başlanğıcına Ali Baş Komandan start verdi.Belə ki, Ali Baş Komandan
burada qısa müddətə inşa edilən Həkəri çayı üzərində yerləşən 8 meqavat
gücündə “Güləbird” Su Elektrik Stansiyasını işə saldı.Bu isə böyük tarixi və
əlamətdar hadisədir.Belə ki,bu layihə işğaldan azad olunan rayonlarda cənab
Prezidentin iştirakı ilə istifadəyə verilən ilk infrastuktur layihəsidir və bir daha
sübut edir ki:
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

“Demokratik İnkişafın Təşviqi “ İ B sədri ,

Çingiz Dadaşov .