Kubada Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, “Cubana de Aviacion” şirkətinə məxsus təyyarə səmaya qalxdıqdan sonra yerə düşüb. Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edilir ki, təyyarədə təxminən 100 nəfər olub.

Hadisə yerinə təcili yardım avtomobilləri və yanğınsöndürmə xidməti cəlb edilib.