Hacıqabul rayonunda 7 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, Hacıqabul şəhər sakini, 2012-ci il təvəllüdlü Rəhimova Şəhanə Həsən qızı həmyaşıdları ilə oynayarkən ona atılan daş baş nahiyyəsinə dəyib. Ağır kəllə-beyn travması alan azyaşlı qız Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərilməsinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.