“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Bakıxəbər.az-a verdiyi məlumata görə,Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam
edir.

Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir
olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11
saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından
xüsusi əhəmiyyətə malik olan  ilk belə yoldəyişən 9 sentyabr 2016-cı
ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 281 yoldəyişən yenisi ilə
əvəz olunub.
Hazırda Hacıqabul stansiyasında  11 ədəd yeni yoldəyişən qurğu
quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı
İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata
keçirir.