“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın  Bakıxəbər.az-a verdiyi məlumata görə,Hacıqabul stansiyasında 2 ədəd yeni yoldəyişən qurğu quraşdırıb.

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Beləki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 09 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 232 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Hacıqabul stansiyasında 2 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.