Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin Osmaniyə, Şırnak və Diyarbəkir vilayətlərində endirdiyi hava zərbələri nəticəsində 17 terrorçu zərərsizləşdirilib.

Bakıxəbər.az xəbər verir ki, pilotsuz uçuş aparatları vasitəsilə yerləri əvvəlcədən təsbit olunan terrorçular dəqiq zərbələrlə məhv edilib.

HHQ-nin qırıcı təyyarələrinin antiterror əməliyyatlarına dəstəyi davam etdirilir.