“ABŞ və müttəfiqiləri ilə iqtisadi və psixoloji müharibə vəziyyətindəyik”.

Bakıxəbər.az İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən RuhaniGilana səfəri zamanı təşkil edilən mitinqdə bildirib.

“Onların hədəfi quruluşumuzu məhv etməkdir. Ancaq biz buna yol verməyəcəyik. İran xalqı və rəhbərliyi düşmənə qarşı birlikdə müqavimət göstərəcək. ABŞ İrandan 40 il əvvəlki vəziyyətə dönməyi tələb edir. Biz də geri dönməyəcəyimizi deyirik. Suverenlik, azadlıq və demokratiya yoluna davam edəcəyik”, – o vurğulayıb.