Qəzza zolağını idarə edən HƏMAS hərəkatı İsraillə atəşkəs rejiminin bərpasına dair razılıq əldə etdiklərini bildirib.

Bakıxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.

Sənəddə bildirilib ki, çoxsaylı vasitəçiliyin səyi ilə qarşlıqlı olaraq, Qəzza zolağında atəşkəs rejiminə qayıtmaq haqqında razılıq əldə edilib.

İsrail tərəfi məsələni hələ ki, təsdqiləməyib. Ancaq bu yaxınlarda ölkə rəsmiləri gərginliyin azaldılmasını istədiklərinin dəfələrlə vurğulayıblar.