Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı xəsarət alanların sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin “Birinci kanal”ı məlumat yayıb.

Məlumata görə, toqquşmalardan sonra 40-dan çox insana tibbi yardım göstərilib. Onlar arasında yerli sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Yaralılardan 30-u Telavsk klinikasına yerləşdirilib. Onlardan 27-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəsarət alanlar arasında 1 jurnalist və 2 aksiya iştirakçısı da var.

Klinikanın direktoru Xatun Çoniaşvili bildirib ki, yaralıların vəziyyəti sabitdir.

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb.


***18:43

Gürcüstanın Pankisi dərəsində toqquşmalar zamanı onlarla insan xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Dаxili İşlər Nazirliyinin Kriminal Polisinin Mərkəzi Departamentinin direktor müavini Mamuka Çelidze bildirib.

“Hazırda olan məlumata görə, 27 nəfər tibbi yardım alıb. Onlardan 12-i yerli sakinlər, 15-i polis əməkdaşlarıdır. Daxili İşlər Nazirliyinin 8 əməkdaşı klinikalara aparılıb.

Qeyd edək ki, yerli sakinlər Pankisi dərəsində yeni “Hadori-3” hidroelektrik stansiyasının inşasına qarşı çıxırlar. Onlar tikintinin dayandırılmasını tələb edirlər.