Gürcüstanın Kutaisi şəhərində tikinti meydançasında yıxılaraq xəsarət alan 28 yaşlı Azərbaycan vətəndaşının vəziyyəti ağır olaraq qalır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şəhər xəstəxanasından bildirilib.

Qeyd olunub ki, Azərbaycan vətəndaşı ağır xəsarətlər alıb və üzərində bir neçə əməliyyat aparılıb.

Qeyd edək ki, Kutaisidəki tikinti sahəsində insident oktyabrın 27-də baş verib. Tikintidə çalışan Azərbaycan vətəndaşı ehtiyatsızlıqdan tikilməkdə olan binanın dördüncü mərtəbəsindən yıxılıb. Binanın Gürcüstan Daxili İşlər Nazirliyinin sifarişi əsasında inşa olunduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.