Gürcüstanın baş naziri Mamuka Baxtadze ABŞ səfərinə prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşlə başlayıb.

Bakıxəbər.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər görüş zamanı bölgədəki vəziyyət, ölkə qarşısında duran çağırışlar və ikitərəfli strateji münasibətlər məsələlərini müzakiər ediblər.