Ötən gün Gürcüstanın Azərbaycandakı səfirlyinidə prezident seçkiləri üzrə keçirilən səsvermənin yekun nəticələri açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, Bakıda səs vermiş Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin dəstəkləyib.

Diplomatik nümayəndəlikdə fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə Q.Vaşadze 88, müstəqil namizəd Salome Zurabişvili isə 39 səs toplayıb.

Bakıda səsvermənin aparıldığı üç seçki məntəqəsi üzrə nəticələr aşağıdakı kimidir:

4 saylı seçki məntəqəsi: Q.Vaşadze 35 səs, S.Zurabişvili 13 səs. Məntəqədə ümumilikdə 54 seçici səs verib.

5 saylı seçki məntəqəsi: Q.Vaşadze 36, S.Zurabişvili 12 səs. Məntəqədə səs vermiş seçicilərin ümumi sayı 53 nəfər təşkil edib.

6 saylı seçki məntəqəsi:Q.Vaşadze 17, S.Zurabişvili 14 səs. Məntəqədə ümumilikdə 40 seçici səsvermədə iştirak edib.

Qeyd edək ki, Gürcüstanda keçirilmiş prezident seçkisi üzrə 41 ölkədə 55 seçki məntəqəsi açılıb. İlkin nəticələrə görə, xaricdə yaradılan seçki məntəqələrində ümumilikdə Q.Vaşadze qalib gəlir.