Gürcüstanın Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki gün öncə itkin düşən 18 yaşlı Nərmin İsayeva tapılıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

N.İsayevanın Marneulidə olduğu və sevdiyi gəncə ərə getdiyi bildirilib.

Azərbaycanlı qız 6 ay bundan öncə digər gənclə nişanlanıb və toyun yaxın günlərdə keçiriləcəyi gözlənilirdi. N.İsayevanın nişanlısını sevmədiyi və onunla ailə həyatı qurmamaq üçün evdən qaçdığı məlum olub.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)