ürcüstanın azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda iki nəfər güllələnib.

Bakıxəbər.az xəbər verir ki, həmin şəxslərə evə qayıdarkən naməlum şəxs və ya şəxslər odlu silahdan atəş açıblar.

Yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Faktla bağlı istintaqa başlanılıb.

Şövkət Hüseyinova