Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində ötən gecə silahlı insident baş verib.

Bakıxəbər.az xəbər verir ki, hadisə zamanı 47 yaşlı kişi ov tüfəngi ilə güllələnib.

Üz nahiyəsindən xəsarət alan həmin şəxs xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun hazırkı durumu qənaətbəxş kimi qiymətləndirilir.

İnsidentin mübahisə zəminində baş verdiyi bildirilir. Mübahisənin səbəbi hələ ki, məlum deyil.

Yerli mətbuatın yaydığı məlumata əsasən, 25 yaşlı gənc hadisəni törətməkdə şübhəli bilinir. O, hadisə yerindən qaçmağa cəhd edərkən avtomobil qəzasına düşərək xəsarət alıb. Gənc də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.