Gürcüstanın Kaxeti bölgəsində ailə üzvünə ağır xəsarətlər yetirməkdə ittiham olunan 2003-cü il təvəllüdlü R.M. adlı şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, azərbaycanlı yeniyetmə fevralın 15-də Laqodexi bələdiyyəsinin Gəncəli kəndində 1978-ci il təvəllüdlü anasını soyuq silahla yaralayıb.

Qadın xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alır. Polis bıçağı maddi sübut kimi müsadirə edib.

Faktla bağlı istintaq davam etdirilir. Yeniyetmənin günahı sübuta yetirilərsə, onu 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.