Bu ilin oktyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,8% artıb, illik inflyasiya isə 3,8% olub.

Bakıxəbər.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ay ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlərdə 0,9% artım qeydə alınıb. Yağ 7,2%, tərəvəz 5,3%, süd, pendir və yumurta isə 2,7% bahalaşıb, meyvə və üzüm isə 9,7% ucuzlaşıb. Geyim və ayaqqabıların qiyməti isə 5,4% artıb.

İllik inflyasiyaya gəlincə isə ərzaq məhsulları və alkoqolsuz içkilər 5,5%, alkoqollu içkilər və tütün məmulatları isə 9% bahalaşıb.

Şövkət Hüseyinova