“Gürcüstan hökuməti ölkədə hərbi təyyarələrin istehsalını bərpa etməyi planlaşdırır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstanda intellektuall resurslar var: “Unikal yüksək texnologiyalı məhsullar hazırlayan şəxslər indiyədək ölkədə yaşayır. Mən hərbi təyyarələrin istehsalının bərpa olunması məsələsini hökumət qarşısında qaldıracağam”.

İ.Qaribaşvili əlavə edib ki, ölkədə hərbi təyyarələrlə yanaşı raket və müxtəlif yüksək texnologiyalı məhsullar da istehsal etmək mümkündür.