Güney Azərbaycanın bir neçə şəhərində bazarın durğunluğu və ağır iqtisadi vəziyyətə etiraz olaraq bazarlar tətilə çıxıb.

Bakıxəbər.az xəbər verir ki, Darayi xiyabanında yerləşən Təbrizin Böyük bazarı bağlanıb. Mağazalar fəaliyyətini dayandırdıqdan sonra Darayi xiyabanına çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub.

Təbrizin Böyük bazarı etirazlara qoşulsa da, mağazalar açıqdır. Ümumilikdə Təbriz bazarı yarıtətil vəziyyətindədir. Böyük bazardan başqa Təbrizin bir neçə məntəqəsində mağazaların bağlı olduğu bildirilib. Məhəmmədi və Əmir Kəbir ticarət mərkəzləri, həmçinin qızıl bazarı da etirazlara qoşulub.