Göygöl rayonunda bıçaqlanma olub.

Bakıxəbər.az-ın məlumatına görə, Göygöl sakini 1996-cı il təvəllüdlü Ruslan Adil oğlu Məmmədov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq yarası alan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.