Bu yaxınlarda Göyçay rayon ictimayyətinin nümayəndələri, ziyalılar, rayon Sanitar təmizlik idarəsinin əməkdaşları İcra Hakimiyyəti Başçısı Mehdi Səlmzadəyə Sanitar təmizlik idarəsinin rəhbəri Loğman ƏLiyevin  özbaşnalığına son qoyulması barədə məktub ünvanlayıblar.
Rayon İcra Hakimiyyəti Başçısı yanında şura iclasında məmur özbaşnalığı, şəhərin təmizliyinin acınacaqlı vəziyyətdə olduğunu, zibilliyə qərq olunmuş ərazilərin təmizlənməməsi, sakinlərin Loğman Əliyev tərəfindən döyülərək, təhqir olunması barədə məsələ qaldırmışdılar.
Sanitar təmizlik idarəsinin işdən qovulmuş, əmək haqlları aylarla ödənilməyən əməkdaşları 20 iyun 2019 cu ildə  Azpress informasiya agentliyinə verdikləri müsahibədə öz əksini tapmışdır.
13 avqust 2019 cu il İcra Hakimiyyətinin Başçısının vətəndaşların qəbulu zamanı “Ziyallı” jurnalının əməkdaşının döyülüb, təhqir olunması barədə verdiyi məlumat məmur özbaşnalığın bir daha sübut etdi.
23 avqust 2019 cu il  RİHb-yanında keçirilən şura iclasında ağsaqqallar,ziyalılar Sanitar təmizlik idarəsinin rəisi Loğman Əliyevin rəhbərlik etdiyi kollektivdə işçilərin hüququnu pozması,rayon sakinlərini təhqir edib, döyməsi, işçilərin əmək haqllarının aylarla verilməməsi, işçilərin haqsız, qanunsuz olaraq qovlanması barədə çıxış etdilər. Şura üzvləri çıxışlar dinləyərək faktlara söykənən hadisələrə öz rəylərini bildirdilər. Göyçay rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadə çıxışıları və məruzələrin sonunda Sanitar təmizlik idarəsinin rəisi Loğman Əliyev barədə işdən çıxarılması barədə qərarı diqqətə çatırdı. İştirakçılar, şura üzvləri tərəfindən qərar alqışlarla qarşılandı.
Bu qərarı saymayan və öz qohumları ilə Sanitar təmizlik idarəsini idarə edən Loğman Əliyev öz kabinetindən, idarənin möhür və ştampından hətta sürdüyü idarənin avtomobilindən düşmək və ya çıxmaq istəmədi. Günlər sonra nəhayət möhür,ştamp, avtomobil təhfil verildi.
Rayon rəhbəri barədə şər, böhtan yazaraq müxtəlif sosial şəbəkələrdə ata Loğman Əliyev və oğul Əhliman Əliyev yazılar yaymağa başladılar. Mən isə müstəqil bir jurnalist kimi 2017 ci ildə 29 may tarixində mətbuatda çap olunmuş,saytlarda yayımlanan oğul ata münasibətin Sizlərə çatdırıram.
Məmur öz cinayətləini ört-basdır etmək üçün oğlunu şərlədi..
  Göyçay Sanitar Təmizlik Idarəsində Baş Nəzarətçi vəzifəsindən istefa verən Əliyev Əhliman Loğman oğlu həm müdiri, həm də atası olan Loğman Əliyev haqqında aidiyyatı orqanlara və mətbuata verilməsi üçün mənə şikayət məktubu göndərib.
Şikayətdə deyilir: “Göycay Sanitar Təmizlik Idarəsi talan olunur və dövlət orqanları isə baş verən qanunsuzluqlara göz yumur. Əvvəllər dəfələrlə dövlət əmlakını mənimsədiyinə, jurnalistin peşə fəaliyyətinə müdaxilə etdiyinə, vəzifə səlahiyyətlərini aşmaqla günahsız yaşlı qadin, kişi və digər insanları söydüyüne, şərlədiyinə, döydüyünə görə dəfələrlə məhkum olumuş, lakin islah olunmamış Göyçay STI-nin rəisi olan Loğman Eliyev 3 qadınla yüngül həyat tərzi yaşayaraq dövlət əmlakını talamaqda və hər ay dövlət büdcəsinə ziyan vurmaqda davam edir. Məşğulluq xətti ilə ayrılmış pullar hesabına idarədə adı gedən 51 nəfər işçinin hər ay aldığı 121 manat və idarənin daimi işçisi kimi göstərilən yaxın qohum və həmkəndliləri olan 25 nəfərin maaş kartları və hər ay əhalidən yığılan 9400 manat pul qanunsuz olaraq mənimsənilir. Idarənin xəzinədarı Hacıqulu Qədirov staj məqsədilə adı işdə gedən 25 nəfərin əvəzinə hər ay əmək haqqı cədvəlinə imza atır. Kommunal ödənişlər üçün bir adam başına 30 qəpik nəzərdə tutulsa da, Loğman Əliyev hər evdən məcburi qaydada 3 manat pul yığdırır. Gündəlik 5 nəfər nəzarətçi ərazidə işləyir, hər biri günə idarəyə 60 manat plan verir. Bu da o deməkdir ki, toplanan pullar bank hesabına, xəzinəyə deyil, hər gün Loğman Əliyevlə yüngül həyat keçiren idarəni oyuncağa çevirən, onu övladlarıyla düşmən salan Gülnarə adlı bir qadınınn çantasına girir. Bundan əlavə Loğman Əliyev idarəyə məxsus 3 ədəd buraxılış ili 2008-ci il olan “Kamaz” markali və 2012-ci il olan “JAK” ve 1996-ci il olan “Daywoo” markalı maşınları ehtiyyat hissələrə ayıraraq satmışdır. Amma avtomobillərin sökülərək satılmasına baxmayaraq həmin avtomobilləri sənəd üzərində yararlı kimi göstərərək, həmin avtomobillərə görə hər ay yanacaq və ehtiyyat hissələri üçün pul yazaraq sərfiyyatı aylıq hesabatlarda göstərmişdir. L. Əliyev təkcə 3 avtimobilə görə dövlətə ümumlikdə 350 min manat ziyan vurmuşdur. Həmçinin yanacaq və ehtiyyat hissələrinə göre 18 ay ərzində külli miqdarda pul vəsaiti mənimsəmişdir. Onun qanunsuz hərəkətlərinə göz yuma bilmədiyimdən baş verənlərə etirazımı bildirmişəm. O isə vəzifəyə görə məni doğma övladını hem kəndlisi idarenin xəzinədarı olan Qədirov Hacıqulunu və öz qardaşı olan Şakəm Əliyevi pul müqabilində öyrədərək üzümə yalançı şahid qoymaqla məni şərlədib tutdurmağa çalışır. Bu özbaşınalığa görə bütün aidiyyatı orqanlara rəsmi muraciət etsəm də, bu günə qədər həç bir müsbət addım atılmayıb. Odur ki, bu cür qanunsuzluqlar edən Loğman Əliyevin çirkin əməllərindən uzaglaşdırılması və sözügedən idarənin yoxlanılaraq göstərilən bütün faktların üzə cixarılmasını bir daha aidiyyatı orqanlardan xahiş edirəm”.

Əhliman Əliyev tərəfindən mətbuat nümayəndələrinə vurulan telqram və məktubların məzmunu
Dövlət əmlakını mənimsəməsi,günahsız yaşlı insanı döyməklə təqsirli sayılaraq məhkum olunmuş Loğman Əliyevin 5 avtomobili satması, 51 nəfərə məşğulluq xətti və 28 nəfərin adını idarəyə yazaraq əhalidən yığılan 9400 manatı mənimsəməsi, R.Rza adına Südçülük savxozunu və kənd bələdiyyəsini talaması…
Loğman Əliyev tərəfindən Əhliman Əliyev və Vüsalə Əliyevanın qanunsuz işdən çıxarılması və son əmək haqqlarının verilməməsi…
Sanitar təmizlik idarəsinə məxsus olan bir ədəd Jak markalı, üç ədəd kamaz tipli, 1996 cı il olan Daewoo markalı avtomobilləri sökərək istismara yararlı olduğu halda bu 4 avtomobili satması, əhalidən hər ay yığılan 9400 manat pulu Gülnarə adlı xanımla birgə silməsi, 28 nəfərin maaş kartını evində saxlaması, hər ay 4500 manat pulu bankdan çıxarması…
Gün ərzində Loğman Əliyev tərəfindən rayondan yığılan 60m və 3m hara gedir?
Bu yazını oxuyub Loğman Əliyev və Əhliman Əliyevi tanıdınız. Bu gün sosial şəbəkələrin şər, böhtan yazan fenomeninə çevrilmiş ata və oğulun münasibətlərin bildiniz. Mən təsüflə deyə bilərəm ki, bu kimi məmur bu gün ağzına-gözünə gələn, qərəzli vəzifə davası apararaq şər, böhtanla çıxış edərək özünə özünə məxsus tərəfdar toplamaq istəyir. Əlaqədar təşkilatlar isə susur. Göyçay rayonu günü-gündən inkişaf edir, abadlıq-quruculuq işləri sürətlə gedir. Maraqlı odur ki, tutduğu vəzifəni layiqincə yerinə yetirməyən, vəzifəsindən sui-istifadə edən məmur işdən çıxarılan kimi olur müxalifət. Başdayır rəhbərlikdən, dövllətdən yazmağa. Bu kimi müxalifət pərdəsi arxasında öz qərəzli mövqeyini gizlədən maskalanmış eks məmurların yazdıqlarına inanan və onları dəstəkləyənlərdə onların tayıdırlar. Biz yalan,şər böhtan yazan xəyanətkarlara, iş bacarmayan,savasız,özbaşnalıq edən məmurlara yox deyirik!

xeberler.az.info