“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və milli kinomuzun digər incilərində oynadığı rollarla tamaşaçı sevgisi qazanan xalq artisti, tanınmış aktyor Rasim Balayevin doğum günüdür.

Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır.

Bakıxəbər.az bildirir ki, yenicag-a danışan əməkdar incəsənət xadimi, tanınmış rejissor, sənət dostu Əbdül Mahmudov aktyorun bütün sirlərini açıb.

O, 20 yaşında həyatın ilk zərbəsini alan aktyorun nə üçün xəstəxanaya düşdüyünü, qadınların onu görmək üçün hara gəldiyini, onların aktyorun üstündə niyə dava saldığını açıqlayıb.

Həmin görüntünü təqdim edirik:

Hamı tərəfindən sevilən sənətkarımıza uzunömür və can sağlığı, yaradıcılıq uğurları arzulayırıq!