Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində ümumilikdə 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd “10 rubl 1899”, 7 ədəd “10 rubl 1900”, 1 ədəd “10 rubl 1901” və 2 ədəd “10 rubl 1902” yazıları həkk olunan (ümumilikdə 549 qram) qızıl sikkə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.