Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə əlaqədar “Bakı Metropoliteni”inin “Gənclik” stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək.

Metropolitenin məbuat xidmətindən “Report”a verilən xəbərə görə, tarixi, sosial-ictimai mövzunu əhatə edən layihə iki qurumun birgə təşkilatçılığı ilə ərsəyə gələcək.

Ümumilikdə, Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq və bir neçə ay davam edəcək.