????????????????????????????????????

 

2020-ci ilin fevral ayından etibarən Tarix ixtisasının Arxeologiya və etnoqrafiya ixtisaslaşması üzrə magistr proqramına uyğun olaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda II kurs magistrantların elmi-tədqiqat təcrübəsi başlanmışdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantları Bayramova Günay və Məmmədli Nərmin “Təhsil və beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d., arxeoloq Səfər Aşurovun rəhbərliyi ilə arxeoloji kameral tədqiqatların mahiyyəti və prosedurları ilə tanış olurlar. Şöbə müdiri Səfər Aşurov magistrantlara arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bərpası, onların qrafik təsvirlərinin yaradılması, qazıntı sahəsinin təşkili və miqyaslı planının tərtibi və s. kameral tədqiqat bilikləri barədə gənc alimlərə məlumat vermişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantlarının elmi-tədqiqat təcrübəsi bir ay müddətində davam edəcəkdir. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, sonrakı bir ay müddətində isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər.