Gəncədə baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri, iki qardaş – 1976-cı il təvəllüdlü Natiq Əhmədov və 1978-ci il təvəllüdlü Fədail Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və hər iki qardaşın vəziyyətinin orta-ağır olduğu bildirilir.


***12:19

Gəncə. 7 noyabr. REPORT.AZ/ Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, baş verib.

Belə ki, şəhər daxilində sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ-21015” markalı minik avtomobili ilə toqquşub.  Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırlılb.

Faktla bağlı araşdırma aparılır.